Azərbaycanlı model türk məşhurun filmində

Azərbaycanlı model türk məşhurun filmində

Aktrisa-model Əfsanə Qasımova türk filminə çəkilir

Bu barədə "Ölkə.Az"-a Qasımova özü məlumat verib. Aktrisa-modelin sözlərinə görə, "Verilmiş bir sözümüz var" adlanan ekran işinin rejissoru "Kurtlar vadisi", "Yer göy aşk", "Öyle bir geçer zaman ki", "Lale devri" kimi serialların kastinq direktoru olmuş Metin Yüceldir:

"Metin Yücel Türkiyədə çox tanınmış biridir. Ona görə də təklif gələrkən düşünmədən razılıq verdim. Məncə, bu, peşəkarlığa doğru daha bir addımdır. Peşəkar komandayla çalışmaq həm xoşdur, həm də öyrənmək baxımından əhəmiyyətlidir. Metin bəydən öyrəndiyim çox şey var. O, mənim müəllimimdir".

Xatırladaq ki, Əfsanə Qasımova Azərbaycanda bir neçə serialda rol alıb. 
 
Aktual.az
Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR