Özünü 12-ci mərtəbədən atdı, sağ qaldı

Özünü 12-ci mərtəbədən atdı, sağ qaldı

Bakıda özünü 12-ci mərtəbədən atan şəxs sağ qalıb.

Lent.az xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayır. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Qeyd edək ki, ilkin məlumatda Ş.Səmədovun vəfat etdiyi bildirilmişdi.
 
Aktual.az
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR