Xalq artisti Muxtar Maniyev dəfn olundu

Xalq artisti Muxtar Maniyev dəfn olundu

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başa çatıb.

Aktual.az-ın APA-ya istinadla məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M. Maniyevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib.

Nazir qeyd edib ki, M. Maniyevin rol aldığı filmlərdə özünəməxsus yeri olub: "Muxtar Maniyevin oynadığı rollar daim tamaşaçı marağı, tamaşaçı sevgisi ilə qarşılanıb. O, hər zaman ətrafa müsbət emosiyalar bəxş edən aktyor, kino xadimi olub”.

Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib ki, M. Maniyev Azərbaycan kino tarixində ən çox filmə çəkilən aktyorlardan biridir:

"Onun yoxluğu kinomuz üçün böyük itkidir. Muxtar müəllim son illər xəstəliklərdən əziyyət çəkirdi. Onun ailəsi, Azərbaycan dövlət bu müddət ərzində Muxtar müəllimə diqqətlə yanaşıb. Muxtar Maniyevin xatirəsi bizim qəlbimizdə hər zaman yaşayacaq və biz onu həmişə hörmətlə yad edəcəyik”.

Mərhum vida mərasiminin ardından Qala qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox filmdə müxtəlif rollar oynayıb.

Aktyor dekabrın 22-də dünyasını dəyişib.
 










Xəbər 2684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR