Uşaq doğuş zamanı boğularaq öldü

Uşaq doğuş zamanı boğularaq öldü

Bərdə rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasın Doğum şöbəsində qeydə alınıb. 
Belə ki, rayon sakini 22 yaşlı Mənzər Məmməd qızı Məmmədova axşam saaatlarında təbii doğuş edib və uşaq dünyaya gətirib.

M.Məmmədovanın atası Məmməd Məmmədov bildirib ki, həkimlər doğuş zamanı hər şeyin qaydasında olduğunu bildiriblər: "Sonradan məlum olub ki, uşaq doğuş zamanı boğularaq ölüb". 

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR