Tramp Yunkerlə Tusku səhv saldı

Tramp Yunkerlə Tusku səhv saldı

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yaranır ki, sanki, ABŞ prezidentini Avropa maraqlandırmır", - Avropa Komissiyasının rəhbəri qeyd edib.
 
"Financial Times" isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır. 
 
Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR