Təcili: Şəhid xəbəri yayılan hərbçimiz - SAĞDIR

Təcili: Şəhid xəbəri yayılan hərbçimiz - SAĞDIR

 PANİKA-Ən dəhşətli silah... 

Orduda ən dəhşətli silah PANİKA silahıdır. Hərbi əməliyyatların gərgin vaxtında hər kəsin sosial şəbəkədə qəhrəmanlıq göstərməsini təqdirəlaiq hal saymırıq. Qəhrəmanlıq təmas xəttində bilmədiyini yazmaq deyil, əziz həmvətənlər! Əgər doğrusunu bilmək istəyirsinizsə, paytaxtdan səngər yaxşı görünmür,  əksinə...

SƏNGƏRDƏN daha yaxşı görünür paytaxt! Elə isə sizdən vətəndaş olaraq, SƏNGƏRi görən və ən azından bir saat yuxuya həsrət qalıb GÜCLƏNDİRMƏ gecələrinin iştirakçısı kimi bir xahişim var:ehtiyatlı olun! Səngərdə döyüşən əsgər və zabitilərimizin təhlükəsizliyi həm də sizlərdən asılıdır.

Jurnalistlərin nəzərinə: Hərbi informasiyalar İP yığmaq üçün deyil!
Rəsmi və hərbi ekspertlərin (söhbət tanınmış hərbi ekspertlərdən gedir) açıqlamalarına istinad edin!

Hamı bilir itki var! Şəxsən mən dünən gecədən bilirəm itkilər var, amma onu dərhal yaymaq və bu xəbərin xatirinə 10-15 min oxucu yığmaq lazım deyil. Əgər bu Vətəni, onun keşikdə duran övladlarını sevirsinizsə, sosial şəbəkələrdə XƏTAya yol verməyin! Mən bunu sizlərdən bir vətəndaş olaraq xahiş edirəm. Burda söhbət insan taleyindən və həm də yarana biləcək PANİKA silahından gedir. Mən o PANİKANI səngərdə görmüşəm və o zəhrimarın nə qədər güclü silah olduğunu bilirəm, əziz həmvətənlər!
Unutmayın!
Səngərdə döyüşən əsgər və zabitlərimizin gücü sizdədir!
Unutmayın!
İrəli getmək istəyən əsgər və zabitlərimiz sizin adicə bir səhvinizdən həlak ola bilər. Əgər əsgər və zabitlərimizin ruh düşkünlüyü yaşamasını istəmirsinizsə, sosial şəbəkədə ehtiyatlı olun.
Sizə miq.az olaraq xoş bir müjdə vermək istəyirik. Bu gün erməni saytlarına istinadən azərbaycanlı sosial şəbəkə istifadəçilərinin də istinad etdiyi şəhid xəbərlərinin bəziləri öz təsdiqini tapmadı. Bayaq ölüm xəbəri yayılan iki nəfər hərbçimizlə telefon bağlantısı qurmuşuq. Lakin hərbi sirr olduğundan həmin adamların adlarını açıqlamırıq. Hərbi mənbələrdən aldığımız məlumata görə, Azərbaycan Ordusu bütün cəbhəboyu ərazilərdə nəinki hərbi üstünlüyü, hətta mənəvi-psixoloji üstünlüyü də əlində saxlayır. Miq.az-a daxil olan məlumatlarda o da deyilir ki, düşmən tərəfi sərhədyanı kəndlərdə əhalinin köç qarşısını ala bilmir. Düşmən əsgərləri içərisində güclü panika yaşanır...
Yaxın saaatlarda yeniliklərlə bağlı, xüsusən də ordumuzun üstünlükləri barədə ətraflı məlumatlar veriləcək!

Aqil Alişov/Ehtiyatda olan baş leytenant/miq.az
Xəbər 75768 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR