Sui-qəsdlər, həbslər və SİLAH SƏSLƏRİ - Artacaq

Sui-qəsdlər, həbslər və SİLAH SƏSLƏRİ - Artacaq

"Ermənistanda seçki yaşlaşdıqca, ölkədə siyasi rəqiblər arasında sui-qəsdlər, həbslər və  bir-birlərinə qarşı silahlardan istifadə etməsi halları artacaq. Artıq ölkədə hakimiyyət əsas güclü rəqiblərinə qarşı həbslərə start verib.  Ermənistanda "Ijo" ləqəbli, Azərbaycana qarşı işğalçı müharibənin əsas iştirakçısı, qondarma "Qarabağın  müdafiə naziri" Samvel Babayanın həbsi, Sarkisyanın "Ohanyan-Oskanyan" blokuna qarşı hakimiyyətin mübarizənin tərkib hissəsidir.  Hazırda hakim "Respublika partiyasına" qarşı müxalifətdə olan Ohanyanın rəhbərlik etdiyi Raffi-Oskanyan-Ohanyan blokudur. Bu blokun keçmiş döyüşçülər və ordu arasında çoxlu tərəfdarları olduğu üçün, Sarkisyana qarşı əsas mübarizə aparan qüvvələrin alyansıdı. Bu blokun  seçki günü geniş  iğtişaşlara başlaması istisna deyil."

Bu sözləri Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq bildirdi ki, keçmiş döyüşçülər arasında əlaqələrə malik olan, həmçinin Ohanyan blokunu dəstəkləyən Babayanın silah alverində ittiiham edilərək həbs edilməsi göstərir ki, Ermənistanda Sarkisyan əleyhinə silahlı müxalifət formalaşır. Babayanın silah qaçaqmalçılığında və silahlı çevrilişə cəhddə iştirakı təccüblü deyil. Qarabağda fəaliyyət göstərən bu şəxslər, məhz bu yolun iştirakçısıdırlar. Bir müddət bundan əvvəl, Ohanyan blokunun üzvülərinə silahla atəş açması,  hakim partiya üzvünün silahlı basqınına  qarşı Samvel Babayan kəskin tonda  cavab vermişdi. O, çlxışında bildirmişdi ki, əgər hakimiyyətdəkilər atəş açmaqda davam etsələr onlar da silaha əl atmalı olacaqlar. Və bu zaman heç kim onları sağ tapa bilməyəcək-deyə Babayan xəbərdarlıq etmişdi. 

"Həmçinin Babayanın silahlı çevrilişə hazırlıq görməsi barədə mətbuatda da geniş yazı dərc olunmuşdu. Xüsusuilə Samvel Babayan Ohanyanın tərəfdarıdı və bu blokun qələbə qazanması üçün istənilən varianta əl atmağa hazır biridir.Təsadüfü deyil ki, Babayanın son çıxışından sonra, onun həbs edilməsi reallaşdı. Bu həbslərin davam edəcəyi, Seyran  Ohanyana qarşı siyasi təzyiqlərin artacağı gözlənilir.  Seyran Ohanyan Sarkisyan hakimiyyətinə qarşı ciddi tənqidlərə keçib. Və bu təbqidlər keçmiş hakimiyyət mənsubu kimi, xalqda Sarkisyana qarşı mübarizə ehtirasları formalaşdırır. Qeyd edim ki, Sarkisyan da  öz keçmiş komanda yoldaşlarını devirməklə hakimiyyəti zəbt edib. Analoji addımı Sarkisyan özünə qarşı çevriləcəyindən əndişə keçirir. Ermənistanda səhra komandirlərinin hakimiyyət müharibəsi getdikcə şiddətlənir və bu xalqda hakimiyyətə qarşı  narazılığın artmasına səbəb olur"-deyə politoloq bildirdi.
Xəbər 2084 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR