Son həftədə Türkiyədə 999 nəfər saxlanıldı

Son həftədə Türkiyədə 999 nəfər saxlanıldı

Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 13 terrorçunun məhv edilməsi, daha 11 nəfərin silahı yerə qoyaraq təslim olması ilə nəticələnmiş 230 anti-terror əməliyyatı keçirib.

"Report" xəbər verir ki, martın 13-dən 20-ə kimi ölkədə terrorçu təşkilatlara işləməkdə şübhəli bilinən 999 nəfər saxlanılıb.
Saxlanılanların 70-i İŞİD terrorçuları ilə əlaqədə şübhəli bilinir. İyirmi səkkiz nəfər Fətullah Gülənin terrorçu təşkilatı ilə əlaqələrə görə saxlanılıb. Saxlanılanlardan daha 28-i sol terror təşkilatları ilə əlaqədə, digərləri isə PKK terrorçularına kömək etməkdə şübhəli bilinir.
Eyni zamanda Batman, Bingöl, Ağrı, Diyarbəkir, Şirnak, Tunceli vilayətlərində terrorçuların gizləndiyi 20-dən artıq sığınacaq və mağara məhv edilib.
 
Aktual.az
Xəbər 364 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR