SOCAR yeddi neft tankeri aldı

SOCAR yeddi neft tankeri aldı

SOCAR ötən ay öz donanmasına 7 ədəd neft tankeri əlavə edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, şirkət Aralıq və Xəzər dənizlərində özünün nəqliyyat potensialını genişləndirmək niyyətindədir.

SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Trading SA" şirkətinin baş icraçı direktoru Arzu Əzimov bildirib ki, tankerlərin əldə olunması şirkətin bazar payı uğrunda apardığı strategiyanın bir hissəsidir: "Logistika üzərində nəzarət ticarət strategiyasının həyata keçirilməsi zamanı üstünlüklər verir".

Ötən ay bağlanan razılaşmaya əsasən, SOCAR 2 ədəd 120 min ton tutumu olan "Suetsmaks" və 5 ədəd 80 min tutumlu "Aframaks" sinifli tanker əldə edib.
 
A.Əzimov bildirib ki, SOCAR 7 gəmini Türkiyədən əldə edib. O, razılaşmanın dəyərini açıqlamayıb.
 
Aktual.az 
Xəbər 343 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR