Siqaretçəkmə korluğun yaranmasına səbəb ola bilər - Alimlər sübut etdi

Siqaretçəkmə korluğun yaranmasına səbəb ola bilər - Alimlər sübut etdi

Britaniya alimləri aşkar ediblər ki, siqaretçəkmə korluğun yaranmasına səbəb ola bilər.

AZƏRTAC Federal Xəbərlər Agentliyinə istinadla bildirir ki, statistikaya görə, siqaretçəkənlər bu zərərli vərdişdən asılı olmayan adamlarla müqayisədə görmə qabiliyyətini dörd dəfə çox itirirlər.

Tütün tüstüsündəki çoxsaylı kimyəvi komponentlər göz üçün təhlükə yaradır. Onlar gözdə bioloji dəyişikliyə mənfi təsir göstərir. Tədqiqata görə, siqaretçəkənlərdə katarakta tutulma üç dəfə, treoid oftalmopatiya riski səkkiz dəfə yüksəkdir. Həmçinin onlarda quru göz sindromunun yaranma ehtimalı çoxalır. Nikotin insanın rəng duyumuna da mənfi təsir göstərir. Gündə bir qutudan çox siqaretçəkən adamın yaşıl və qırmızı çalarları ayırd etməsində problem ola bilər. Tütün məmulatından tam imtina etdikdən sonra insanın görmə kanalının tam bərpası üçün ən azı on il vaxt lazım olur.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR