Serj Sarkisyanı aradan götürmək istəyirlər

Serj Sarkisyanı aradan götürmək istəyirlər

Qarabağdan atılacaq tək raket


Klan torpaqları Azərbaycana qaytarmamaq üçün son zərbəni vurmağa hazırlaşır

İrəvanda həbs edilmiş Qarabağ separatçısı, general Samvel Babayanın qaçaqmal yolu ilə gətirdiyi "İqla" raketatanları ilə Sarkisyanı vurmaq istədiyini ehtimal edənlər çoxalır.

İstiPress-in məlumatına görə, erməni jurnalist Emil Sanamyan "Eurasianet”də bu barədə yazdığı məqalədə indiki Ermənistan prezidenti Serj Sarkisyanla Qarabağdakı quldur dəstələrinin keçmiş rəhbəri, Xocalı soyqırımının müəlliflərindən biri olan Samvel Babayan arasında qalmaqalın çoxdan başladığını bildirir:

"Samvel Babayanla Serj Sarkisyanın arasında ədavətin qədim tarixi var. Onların ilk toqquşması 1990-cı illərdə Dağlıq Qarabağda ali rəhbər vəzifəsində olan zaman başlayıb. Rusiyada bir neçə il keçirmiş Babayan 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşəndən sonra Ermənistana qayıdıb, Sarkisyanın xarici siyasətini və təhlükəsizlik siyasətini kəskin tənqid edib. Deyilənə görə, Babayan keçmiş prezident Robert Koçaryana yaxındır, o da Sarkisyanın ciddi tənqidçisidir”.

 Robert Koçaryan, Monte Melkonyan, Bako Saakyan və Samvel Babayan

Ümumiyyətlə, Robert Koçaryan Ermənistanda Serj Sarkisyan tərəfindən həyata keçirilən islahatları kəskin tənqid edir. Onun fikrincə, proporsional siyahı ilə seçilən parlament hakimiyyəti xaosa səbəb olacaq. Əslində isə Robert Koçaryan da, Samvel Babayan da, Qarabağ klanının başqa təmsilçiləri də qorxurlar ki, hakimiyyət Stepan Demirçiyan və Levon Ter-Petrosyan kimi siyasətçilərin əlinə keçə bilər. Onlar isə Ermənistanın xilası üçün Qarabağı Azərbaycana qaytara bilərlər. Buna görə, Serj Sarkisyanı bəri başdan aradan götürmək istəyirlər.

 "İqla" raketləri

Aktual.Az

Xəbər 3869 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR