Şəmkirdə torpaq davası - Əmisi arvadını döydü

Şəmkirdə torpaq davası - Əmisi arvadını döydü

Şəmkirdə qohumlar arasında torpaq sahəsi üstündə düşən davada qadın döyülüb.

Aktual.az  xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.
Kənd sakini Anar Namazovla əmisi arvadı Minarə Namazova arasında torpaq sahəsi üstündə mübahisə yaranıb. Bu zaman A.Namazov qadını döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı qadın yaxınlarının köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən M.Namazovanın vəziyyəti orta-ağırdır. Hadisəni törədən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır. (report)
 
Aktual.az 
Xəbər 172 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR