Sarkisyana TUŞLANAN silahlar - İrəvanda vəziyyət gərginləşəcək

Sarkisyana TUŞLANAN silahlar - İrəvanda vəziyyət gərginləşəcək

"Ermənistanda daxili siyasi vəziyyət seçki öncəsi, getdikcə mürəkkəbləşməkdədir. Parlament  seçkiləri yaxınlaşdıqca, hakimiyyət əleyhinə sadə vətəndaşların Artur Sarkisyanın ölümü ilə əlaqədar  mitinqlərin keçirməsi, həmçinin hakimiyyət əleyhinə şüarlar səsləndirməsi, aprelin 2- də keçiriləcək parlament seçkilərinin  dinc  şəraitində keçməyəcəyindən xəbər verir.  Qeyd etmək lazımdır ki,  ötən il "Sosna Tser” silahlı bandasının qiyamı vaxtı onların  "çörəkdaşıyan”ı Artur Sərkisyanın müəmmalı ölümü ilə əlaqədar İrəvanda oturaq aksiyası keçirən fəallar hakimiyyətin qarşısında digər tələblər qoyduqlarını da bəyan ediblər."
Bu sözləri Miq.Az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
 Ermənistanda baş verən nümayişlərlə bağlı redaksiyamıza açıqlama verən politoloq bildirdi ki, bir müddətdən sonra siyasi tələblərlə hakimiyyət əleyhinə geniş xalq kütləsinin etirazları ilə müşaiyət oluna bilər.  Hazırda müxalifət seçki gününü gözləyir və indidən Sarkisyan əleyhinə belə bir mitinqlərin keçirilməsi isə, müxalifətin leyhinə işləyir.  Hazırda hakim Respublika partiyasına qarşı formalaşmış "Raffi -Ohanyan-Oskanyan" blokudur. Sarkisyanın  çəkinəcəyi və sabiq silahdaşları olan  Ohanyanın rəhbərlik etdiyi bu blok, geniş xalq kütləsini arxasına alıb, Sarkisyan əleyhinə seçki günü ciddi problemlər yaratmağa qadirdir. İndidən bu blokla, Sarkisyan tərəfdarları arasında silahlı insidentlər baş verməkdədir. Bu gedişat onu göstərir ki, Sarkisyan seçkiləri öz leyhinə saxtalaşdıracaqsa, Ohanyan bloku və tərəfdarları silahlı sui qəsdlərə əl atacaq. Qeyd edim ki, ordu arasında və keçmiş döyüşçülər mıhz Ohanyanın ətrafında birləşib və onlar da  silahlı dəstələrə malikdirlər. Əldə olan bu silahlar, Sarkisyana qarşı tuşlana bilməsi mümkündür.  

"Baş verənlər heç də Sarkisyanın bu seçkini normal situasiyada keçirəcəyini göstərmir. Seçki günü Yerevan küçələrində izdihamlı kütlənin iştirakı ilə mitinqlər keçirilib, iğtişaşlara yol açacağı gözlənilir. Çünki, ermənilər Sarkisyan rejiminin siyasətindən ciddi narazıdırlar.  Bu nümayişlərin dağıdılmasında  Məhz Sarkisyanın Moskva səfərində Putinin dəstəyin alması şübhəsizdir. Putin Serjlə görüşündə ona dəstək ifadə etsə də,  parlament seçkilərinin çətin keçəcəyinə ehyam vurdu.  Putində Ermənistanda vəziyyətin stabil olmayacağını anlayır. Təbii ki, Rusiya Sarkisyanı Rusiyaya bağlı Ohanyan bloku ilə əvəzləməyə malikdir. Buna baxmayaraq, rəsmi Kreml Yerevanda Sarkisyan əleyhinə nümayişlərin dağıdılmasında bir növ iştirakı şübhəsizdir. Ohanyan blokunda üç füqur olduğu üçün əsas ağırlığı Kreml Sarkisyanın üzərinə salıb. Çünki Sarkisyan Ermənistanın bütün müstəqilliyini Kremlə təslim edib.  Moskva üçün "arzuolunan " fiqur obrazını yaradıb. Sarkisyanın yenidən hakimiyyətdə qalması isə, Ermənistanın Qarabağ danışıqlarında kompromisə gəlməyəcəyi deməkdir."-deyə politoloq bildirdi.
Xəbər 1956 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR