"Şakro Molodoy, çalış, mən böyüyənə qədər yaşama” - 10 yaşlı uşaq and içdi


Azərbaycanda 10 yaşlı uşaq Rövşən Lənkəraniskinin intiqamını alacağına and içib.

Aktual.az xəbər verir ki, Rövşən Lənkəranskinin öldürülməsindən təsirlənən Sami özünə Lənkəranski təxəllüsü götürüb.

Sami Lənkəranski 10 yaşı olmasına baxmayaraq, Rövşənin qəbrini ziyarət edib, məzarı üstünə gül qoyub.

Rövşən Lənkəranskinin ölümündən təsirlənən balaca onun qəbrinin üstündə qisas alacağına and içərək, məşhur avtoritetin ölümündə adı keçən Şakro Molodoya da mesaj göndərməyi unutmayıb.  

"Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama”, - şahidlərin sözlərinə görə, 10 yaşlı Sami qəbrin üstündə bu sözləri də deyib.

Balaca Samini tanıyanlar onun bu məsələyə uşaq təxəyyülü ilə yanaşdığını deyirlər. Sadəcə olaraq, Rövşən Lənkəranskinin sağlığında hər kəsə kömək etdiyini, ədalətli, düzgün və nüfuzlu olduğunu öyrənən Samiyə məşhur avtoritetin ölümü olduqca pis təsir edib.



Xəbər 109943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR