Sabah yaz yağışı yağacaq

Sabah yaz yağışı yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Aktual.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.
 
Aktual.az
Xəbər 1054 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR