Rusiya “Eurovision” müsabiqəsini yayımlamayacaq

Rusiya “Eurovision” müsabiqəsini yayımlamayacaq

Rusiyanın Birinci kanali və ÜDTRŞ "Avroviziya" beynəlxalq musiqi müsabiqəsini yayımlamaqdan imtina edib.

Qərar Ukrayna hakimiyyətinin bu ölkədə Rusiyanı "Avroviziya 2017" yarışmasında təmsil edəcək Yuliya Samoylovanın ölkəyə daxil olmasına qoyduğu qadağadan sonra verilib.

Müğənni isə vəziyyəti bu cür izah edib: "Baş verənləri kənardan müşahidə edəndə gülməli görünür. Mən anlamıram, onlar məndə, kiçicik bir qızda hansısa bir təhlükə görüblər. Ümumən, mən dilxor olmuram. Nəyə görəsə düşünürəm ki, hər şey hələ dəyişəcək". //Report

Aktual.az
Xəbər 324 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR