Ramil Usubov sabiq icra başçısının oğlunu rəis təyin etdi

Ramil Usubov sabiq icra başçısının oğlunu rəis təyin etdi

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

"Report" xəbər verir ki, polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur.
 
Aktual.az
Xəbər 3858 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR