Qondarma rejimin sabiq "müdafiə naziri"nə 2 ay həbs verildi

 Qondarma rejimin sabiq

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan həbs olunub.

Aktual.az  bildirir ki, Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumatına görə, Sabiq "müdafiə naziri"nin "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi ilə əlaqədar Yerevan məhkəməsinin qərarı ilə iki aylıq həbs olunduğu bildirilir.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti bir müddət əvvəl Gürcüstandan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılıq yolu ilə Ermənistana keçirilmə cəhdi ilə bağlı məlumat yaymışdı.
 
Aktual.az 
Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR