Qənirə Paşayeva Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT rəhbərləri ilə görüşüb

Qənirə Paşayeva Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT rəhbərləri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT rəhbərləri ilə Qarabağdan danışıb.


Beynəlxalq konfrans çərçivəsində Efiopiya, Eritreya və Sudanın bir sıra ictimai xadimləri və QHT rəhbərləri ilə görüş zamanı millət vəkili Q.Paşayeva Azərbaycanın Efiopiya, Eritreya və Sudanla dostluğun inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanla bağlı, ölkənin iqtisadi inkişafına dair və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib. Q.Paşayeva Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT rəhbərlərinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva "Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar”. Millət vəkili Q.Paşayeva Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT rəhbərlərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, "Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib. Efiopiya, Eritreya və Sudanın ictimai xadim və QHT- rəhbərləri ölkələrinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna böyük önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıblar və fikir mübadiləsi aparılıb.

 


Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR