Qarabağ Azərbaycana qaytarılır - Ermənistanı ŞOKA salan Lavrov planı

Qarabağ Azərbaycana qaytarılır - Ermənistanı ŞOKA salan Lavrov planı

Rus politoloqun sözləri Ermənistanı şoka salıb

 

"Qarabağ münaqişəsinin həlli üzrə Lavrov planı daha realdır və onu gerçəkləşdirmək lazımdır”.

 

Bu barədə rusiyalı politoloq, Beynəlxalq Avrasiya hərəkatının lideri Aleksandr Duqin Ermənistanın "1in.am" portalına müsahibəsi zamanı bildirib.   

 

Aleksandr Duqin münaqişənin həlli üzrə Rusiyanın "Lavrov planı" adlandırılan həll variantının detallarını açıqlayıb:

 

"Lavrov planı status-kvonun hüquqi vəziyyətdə saxlanması əvəzində Ermənistan tərəfindən Qarabağ ətrafındakı rayonların geri qaytarılması deməkdir. Bundan sonra vəziyyət bütün nəzər nöqtələr çərçivəsində normallaşdırılacaq və biz daha sakit, uzun dövrə girəcəyik”.

 

İstiPress-in məlumatına görə, Duqinin təsvir etdiyi bu variant münaqişənin Madrid prinsipləri ilə həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. Madrid prinsiplərinə görə, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağın statusunun 5 ildən sonra keçiriləcək referendum əsasında müəyyən etməyi təklif edir. Həmin müddət ərzində regiona sülhməramlılar yerləşdirilməli və qaçqınlar geri qaytarılmalıdır.

Ermənistan bununla razılaşmır və Dağlıq Qarbağın statusunun 1 ildən sonra müəyyən edilməsini tələb edir. Azərbaycan isə Dağlıq Qarabağın statusunun 20 ildən sonra müəyyən edilməsini tələb edir. Erməni tərəfinin tələskənliyi Dağlıq Qarabağın erməni əhalisinin Azərbaycanın tərkibində qalmağa səs verəcəyi ilə bağlıdır. Erməni ekspertlər düşünür ki, Azərbaycan regiona böyük sərmayələr yatırmaqla erməni əhalinin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilər, həmçinin bölgənin demoqrafik durumu azərbaycanlıların xeyrinə dəyişə bilər.

 

Aleksandr Duqin bu fikirlərin Amerikadan qaynaqlandığını bildirir:"Bunun əleyhinə yalnız Amerika işləyir. Qalan bütün lokal, regional problemlər əslində bunun qarşısında arxa plana keçir. Buna görə indi Qarabağ ətrafında münasibətlərin yaxşılaşdırılması üçün şərait yaranıb”.

 

Rusiyalı politoloq bu məsələdə əsas günahı Barak Obama administrasiyasında görür və vurğulayır ki, Donald Trampın prezident seçilməsi ilə Qarabağ probleminin həllinə mane olan qüvvələr öz güclərini itiriblər. Aleksandr Duqin sosial şəbəkələrin erməni izləyicilərini həddindən hiddətləndirib. Onlar rusiyalı politoloqu satqınlıqda günahlandırıblar.

 

Aktual.az

Xəbər 36569 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR