Putin Sarkisyanı Moskvaya çağırdı - Dağlıq Qarabağı müzakirə edəcəklər

Putin Sarkisyanı Moskvaya çağırdı - Dağlıq Qarabağı müzakirə edəcəklər

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya yola düşəcək.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin yadığı məlumata görə, martın 15-də yüksək səviyyədə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf prespektivləri, iqtisadi münasibətlər müzakirə ediləcək.

Kremlin yaydığı məlumatda, həmçinin aktual regional problemlərin, ən əsasi isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyi də qeyd olunub.
 
Aktual.az
Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR