Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM VERDİ

Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM VERDİ

Prezident İlham Əliyev "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” sərəncamına dəyişiklik edib.

Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamını "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamının 1-ci hissəsi ləğv edilsin.
Həmin hissədə məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qeyd olunurdu.
 
Aktual.az
Xəbər 183 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR