Polis türkiyəli nazirin maşınını saxladı

Polis türkiyəli nazirin maşınını saxladı

Niderland polisi Rotterdam şəhərində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın içərisində olduğu maşını saxlayıb.

"Report” xəbər verir ki, bu barədə şənbə günü "Er-te-ve Reynmond" telekanalı məlumat yayıb.

Nazir bundan əvvəl Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu 

ölkəyə Almaniyadan avtomobil ilə gedib.

Türkiyə hökumətinin üzvləri konstitusiya islahatlarına dəstək məqsədi ilə bir sıra Avropa ölkələrində siyasi kampaniya aparırlar.

Niderlandda Türkiyə siyasətçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlər təhlükəsizlik səbəbi ilə qadağan edilib.

Nazir konsulluğa getməyi planlaşdırırdı. Hazırda onun yanında onlarla Hollandiya türkü nazirin gəlişini gözləyir.

Aktual.az
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR