Pentaqon rəhbəri Trampa müharibə ELAN ETDİ

Pentaqon rəhbəri Trampa müharibə ELAN ETDİ

ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Ceyms Mettisin komandaları arasında Müdafiə Nazirliyində (Pentaqon) əsas vəzifələrə təyinatlar üzrə fikir ayrılıqları ilə əlaqədar qarşıdurma yaşanır.

Publika.az xəbər verir ki, bu haqda "Defense News” portalı bildirib.
Ağ Ev və Mettisin yaxın dairəsində olan mənbələrin sözlərinə görə, Tramp seçkiqabağı kampaniyada öz loyallığını sübut edən insanları əhəmiyyətli postlara yerləşdirmək istəyir. Nazir isə başqa şəxsləri bu vəzifələrdə görmək istəyir. Onların arasında yeni prezidenti açıq tənqid edənlər də var.
Prezidenti və müdafiə naziri arasında ən qızğın mübahisə doğuran fiqur diplomat Enn Pattersondur. Mettis onu siyasi məsələlər üzrə nazir müavini postuna təyin etməyi planlaşdırırdı. Baxmayaraq ki, qadın "Never Trump” hərəkatını dəstəkləyirdi. Amma onun namizədliyi müzakirədən çıxarılıb.
Bundan başqa, mənbələrin sözlərinə görə, Tramp əsas postlardan birinə Rikardel Mirin təyin olunmasını dəstəkləyir. O Trampın seçkiqabağı qərargahında müdafiə siyasətinə görə əsas məsləhətçi idi.
"Defense News”un həmsöhbətlərindən biri bildirib ki, Mettis Ağ Ev qarşısında "ya o, ya mən” şərtini qoyaraq, sözügedən təyinatın reallaşacağı halda postundan istefa verəcəyini bildirib.
 
Aktual.az
Xəbər 61 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR