Paytaxtda mühafizəçi bıçaqlandı

Paytaxtda mühafizəçi bıçaqlandı

Bilgəh Kardioloji Sanatoriyasından oğurluq etməyə cəhd göstərən şəxs sanatoriyanın mühafizəçisini bıçaqlayıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, Bilgəh Kardioloji Sanatoriyasında mühafizəçi işləyən 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu içəriyə oğurluq etmək məqsədilə daxil olmaq istəyən şəxsi zərərsizləşdirmək istəyib.

Bu zaman həmin şəxslə mühafizəçi əlbəyaxa olub. Həmin şəxs Ş.Həmidzadənin baş və bədən nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub. Mühafizəçi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 
 
Aktual.az 
Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR