“Oskar 2017”nin menyusu: Qonaqlar nə yeyəcək? Fotolar

“Oskar 2017”nin menyusu: Qonaqlar nə yeyəcək? Fotolar
  • DÜNYA

İlin ən nüfuzlu film mükafatları mərasiminə təkcə aktyorlar,aktrisalar, rejissorlar deyil, həm də aşpazlar da böyük həyəcanla hazırlaşır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, avstraliyalı baş aşpaz Volfqanq Pak fevralın 26-da qonaqları necə təəccübləndirəcəyi ilə bağlı bəzi sirrləri açıqlayıb.

Bu il Oskar menyusuna ənənəvi təamlarla yanaşı, yeniliklər də daxil olacaq. 89-cu film mərasiminə gələn qurmanlara bişmiş tuna balığından tartalet, şirin noxuddan falafel, pendirlə bişirilmiş makaronlar, duzlu krendellər, yeməli qızılla örtülmüş popkorn, manqoyla krevetlər, lobsterli hot-doqlar təqdim olunacaq. Həmçinin, yemək masasına, hisə verilmiş qızılbalıqdan düzəldilmiş mini-heykəlciklər də qoyulacaq.

Mərasim təşkilatçıları artıq, 7 mindən çox krevetka, 15 kiloqram trüfel sifariş ediblər. Masanı Frensis Ford Koppalanın şəxsi şərab zavodunda hazırlanmış içkilər bəzəyəcək.
 
Aktual.az
 



Xəbər 753 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR