Ohanyana qarşı cinayət işi açılacaq

Ohanyana qarşı cinayət işi açılacaq
  • DÜNYA

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işi açılacaq.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, Ermənistanın Hərbi Prokurorluğu Ohanyan və onun komandasından olan şəxslərə qarşı oğurluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri üzrə cinayət işləri açmağı planlaşdırır. 

Qəzet iddia edir ki, söhbət erməni nazir və onun komandasının milyonlarla dollar vəsaiti mənimsəməsindən gedir. 

Xəbərdə qeyd olunub ki, yaxın vaxtlarda cinayət işi və həbslər başlayacaq. Seyran Ohanyan isə bu hadisələrin mərkəzində olacaq. 

Qeyd edək ki, ötən gün Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan keçirdiyi mətbuat konfransında bildirmişdi ki, təmsil etdiyi bloka qarşı hakimiyyət tərəfindən informasiya kampaniyası aparılır. Sabiq nazir bu kampaniyaya müxtəlif siyasi xadimlərin, KİV-in, hətta partiya və blokların da cəlb olunduğunu vurğulayıb.
 
Aktual.az  
Xəbər 942 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR