Nazir aktrisanı mükaflandırıb

Nazir aktrisanı mükaflandırıb

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenkonun 60 yaşı tamam olub. Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlu  bildirib ki, bu münasibətlə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Marina Litvinenkonu təbrik edib, milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktirsanı mükafatlandırıb.

Qeyd edək ki, Litvinenko Marina Nikolayevna 25 sentyabr 1956-cı ildə Estoniyanın Tallin şəhərində anadan olub. 1989-cu ildə A. Zeynallı adına Musiqi Məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) artist-vokalist vəzifəsinə qəbul olunub və həmin vaxtdan burada çalışır. İşlədiyi müddət ərzində o, Rozaliya ("Filumena Marturano" - Fərəc Qarayev, Eduardo De Flippo), Qold ("Pominalnaya molitva" - Mixail Qluza, Qriqoriy Qriqori, Şalom-Aleyxema), Qırmızı papaq, Ana ("Qırmızı papaq" - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş ("Düyməcik" - Hans Kristian Andersen), Afət ("Bağdadda bir gün" - Emin Sabitoğlu), Stassi ("Silva" - İmre Kalman), Liza ("Maritsa" - İmre Kalman), Valentina, Elqa ("Şən dul qadın" - Frans Leqar), Dovşan ("Bir dayan, canavar!" - Rəna Ağayeva, Arkadiy Xayt), Marietta ("Bayadera" - İmre Kalman), Yulişka, Zari ("İddialı qaraçı" - İmre Kalman), Jüli ("Ailə uikendi" - Jan Puaro), Duenya ("Çılğın qaskoniyalı" - Qara Qarayev), Siroyeşka ("Yağış göbələyinin macərası" - Rəşid Şəfəq, Vladimr Zimin), Asya, Telli ("Arşın mal alan" - Üzeyir Hacıbəyli), Jaklin ("Fransızsayağı qarnir" - Mark Kamoletti), Zerbinetta ("Skapenin kələkləri" - Jan Batist Molyer) və başqa rolları ifa edib.


 

Aktual.az

Xəbər 952 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR