Naxçıvanda İslam Kolleci yaradılacaq

Naxçıvanda İslam Kolleci yaradılacaq

"Naxçıvan Muxtar Respublikasında yaxın zamanlarda İslam Kollecinin yaradılması nəzərdə tutulub".

Aktual.az  xəbər verir ki, bunu report-a açıqlamasında muxtar respublikasnın Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır. V.Babayev əlavə edib ki, hazırda Azərbaycan üzrə üç yerdə ali dini təhsil verilir ki, onlardan biri də Naxçıvandadır: "Azərbaycanda ali dini təhsil Bakı Dövlət Universitetinin İlahiyyət fakültəsində, Bakı İslam Universitetində və bir də artıq ikinci ildir ki, Naxçıvan Universitetinin Dinşünaslıq fakültəsində verilir".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl 10 İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam kollecləridir.

Bunlardan 7-si yeni yaradılıb. Digər 3-ü isə yenidən qeydiyyata alınıb.
 
Aktual.az
Xəbər 418 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR