NATO Estoniyaya 130 hərbçi göndərib

NATO Estoniyaya 130 hərbçi göndərib

Estoniyaya NATO batalyonunda xidmət edəcək ilk 130 Böyük Britaniya hərbçisi gəlib.

APA-nın verdiyi xəbərə görə, qarşılanma mərasimində Estoniyanın müdafiə naziri Marqus Tsaxkna iştirak edib.
Hərbçilər daimi dislokasiya yerinə, Tapa hərbi şəhərciyinə yola salınıblar. NATO batalyonun Estoniyadakı heyəti ümumilikdə 1200 nəfər təşkil edəcək.
Qeyd edək ki, ötən il NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib. Qoşunlar rotasiya əsasında yerləşdirilir. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.
 
Aktual.az
Xəbər 161 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR