NATO-dan Türkiyəyə çağırış: “Problemi həll edin!”

NATO-dan Türkiyəyə çağırış: “Problemi həll edin!”

NATO baş katibi Stolenberg Türkiyə və Avstriya arasındakı gərginlik səbəbiylə bir sıra proqramların başladıla bilməməsini şərh edib.

AzNews.az xəbər verir ki, NATO baş katibi Stolenberg gərginliklə bağlı Türkiyə və Avstriyaya çağırış edərək diplomatik böhranın həll edilməsini tələb edib:

"Xoşagəlməz bir haldır. Hər iki ölkəni məsələni həll etməyə dəvət edirik. Bu gərginlik bir sıra əməkdaşlıq proqramlarının həyata keçməyəcəyi deməkdir.”

Xatırladaq ki, NATO üzvü olmayan Avstriya ötən ilin sonunda Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrinin dayandırılmasını tələb edib, 16 aprel Türkiyə konistitusiya dəyişikliyi ilə bağlı türk siyasətçilərin Avtriyada təşviqat kampaniyası aparmasına mane olmuşdu.
Türkiyə isə məsələyə sərt reaksiya verərək NATO üzvü kimi Avropa ölkələri tərəfindən NATO-da həyata keçirilən "NATO-ya üzv olmayan ölkələr ilə əməkdaşlıq” proqramına veto qoyub. Türkiyə bu qərarın ancaq Avstriyaya yönəldildiyini bəyan edib.
 
Aktual.az
Xəbər 104 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR