Milli Məclis sabah növbəti iclasa toplanacaq - GÜNDƏLİK

Milli Məclis sabah növbəti iclasa toplanacaq - GÜNDƏLİK

"Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 10-da keçiriləcək”.

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
 
A.Təvəkküloğlu əlavə edib ki,  parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 8 məsələ daxil edilib.
 
Gündəlikdə bir sıra qanunlara dəyişiklər nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
 
1. "Telekommunikasiya haqqında” qanuna dəyişiklik;
 
2. "Lisenziya və icazələr haqqında” qanuna dəyişiklik;
 
3. "Sərhəd Qoşunları haqqında” qanuna dəyişiklik;
 
4. ”Dövlət sərhəddi haqqında” qanuna dəyişiklik;
 
5.”Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda;
 
6. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik;
 
7.”Reklam haqqında” qanuna dəyişiklik;
 
8. ”Əmək pensiyaları haqqında”qanuna dəyişiklik.
 
Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının martın 7-də  keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınmışdı.
 
Aktual.az
Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR