Metro istifadəçilərinə Novruz hədiyyəsi - Konsert olacaq

Metro istifadəçilərinə Novruz hədiyyəsi   - Konsert olacaq

"Bakı Metropoliteni” istifadəçilərinə Novruz bayramı ilə bağlı musiqili layihə təqdim edəcək.

Bu barədə AzNews.az-a "Bakı metropoliteni” ASC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, bayram günlərində bütün stansiyalarda konsert proqramı keçiriləcək:

"Yurdumuza bahar təravətli Novruz gəlir. Metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- "İçərişəhər” stansiyası – saat 12:15-13:45;
- "28 May” stansiyası – saat 13:15-14:45;
- "Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45; 
- "Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR