Məşhur rejissora Qarabağ xalçası hədiyyə olundu

Məşhur rejissora Qarabağ xalçası hədiyyə olundu

Moskva şəhərində SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, görkəmli Türkmənistan kinorejissoru Xocaqulu Narlıyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Bu barədə "Qaynar"a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mətbuat xidmətindən verilən məlumat verilib.

Yubiley gecəsində Xocaqulu Narlıyevi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından ittifaqın katibi, xalq artisti Oqtay Mirqasım təbrik edib. 

Yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı adından Qarabağ xalçası hədiyyə olunub.

Aktual.az
Xəbər 203 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR