Mən səni ona görə sevdim ki... - VİDEO

Mən səni ona görə sevdim ki... - VİDEO

 Aktual.az Aysel Əlizadənin şeirini öz səsi ilə təqdim edir
 
Bağla qapını

Mən səni ona görə sevdim ki
Boş yer vardı yanımda
Ona görə sevdim ki
o yerdən qalmayasan nigaran.
O yerdə olduğun üçün
təkcə başqaları səni yox
Sən özün də özünü
xoşbəxt sayasan.
Mən səni ona görə sevdim ki
Getməyəsən..
Getdin.
Hər yerim ağrıdı
Səssizliyində batdım ağrının
Bu dəfə hər şeydən çox oldu itgim..
dinə də bilmədim
Deyə də bilmədim ki
Getmə.
Bu boyda dünyayla barışdım
Bu qədər olaya öyrəşdim
Tək çabalamaq deyil ayrılıq
Dünyaya dayanmaq deyil yalnzlıq
ən dəhşətli həqiqətdir
gerçəklidir
sənsizlik…
getmə, mən səni gerçəkdən sevdim.
Sənin gedişin
Sənin gedişin
Off ..ağlım buna necə öyrəşsin?!
Qınamıram, inan
Gəncliyin uzanmasından
daha çox istəyirəm qalasan.
Nə qoydumsa yanına
hər şeydən ağır gəldin
Mən səni ona görə sevdim.
Ona görə sevdim ki,
danışmaq istəyirdim
Nə bahalı oldu səsin
Param çatmadı almağa , Sultanım.
Sən necə getdin, necə getdin…
Heç bilmədim
nə vaxt sevgili olduq
nə vaxt ayrıldıq.
Məni bu qədər
güclü sandığını bilsəydim
Elə gələn kimi deyərdim
Bağla qapını.
Qorxuram.
Qapıdan,
açıq pəncərədən,
gecə zənglərindən,
qəfil toxunuşdan,
savaşdan,
döyüşdən.
bağla qapını
yağış yağanda
kədərli oluram.
Və daha bir sürü şeylərdən
Qorxuram.
Addım səsindən…
sənin gedişindən qorxuram.
Sən də məni qorxutmaqdan qorxardın
bəlkə
bəlkə sən də qorxub getməzdin.
Səni ona görə sevdim ki
Sən getməzdin…
Yanım boş idi…
sevdim ki
gözün qalmasın.
 
[media=http:// ]
 

Xəbər 5370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR