Məmmədyarov Roqozinlə görüşdü

Məmmədyarov Roqozinlə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkə baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinlə görüşüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, E. Məmmədyarov əvvəlcə D. Roqozinə bir gün əvvəl xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş barədə məlumat verib. Sonra tərəflər iki ölkə arasında əməkdaşlığa dair məsələlərin geniş spektrini müzakirə ediblər.
 
Aktual.az
Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR