Lvovda keçirilən Yeni İl şənliyində Azərbaycan barədə film nümayiş etdirilib

Lvovda keçirilən Yeni İl şənliyində Azərbaycan barədə film nümayiş etdirilib

Yanvarın 14-də Ukraynanın Lvov şəhərində Yeni İş şənliyi keçirilib. Ukraynada yaşayan milli azlıqların nümayəndələrinin qatıldığını tədbirdə 150 nəfər iştirak edib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Lvov şöbəsi də bu mərasimdə Azərbaycanı layiqincə təmsil edib. Tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti, təbiəti və ənənələri barədə sənədli film nümayiş etdirilib, "Qafqaz" Xalq Ansamblının ifasında "Naz eləmə" rəqsi nümayiş etdirilib, Azərbaycan mədəniyyəti təmsil edilib.

BUAK Lvov şöbəsinin rəhbəri Teymur Məmmədov və qurumun gənclər və idman şöbəsinin sədri Şəhriyar Məhərrəmov tədbir iştirakçılarını Yeni İl münasibətilə təbrik edib, Ukraynada yaşayan bütün xristianlara ən səmimi arzularını çatdırıb, habelə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə arzularını çatdırıblar.

Milli Azlıqlar və Dini İcmalar İdarəsinin Lvov Şöbəsinin rəhbəri Lesya Kornat da tədbir iştirakçılarını təbrik edib, Ukraynada yaşayan bütün millətlərin nümayəndələrinə öz səmimi arzularını çatdırıb.

Xəbər 1213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR