“Ölkələr arasında parlamentlərarası əlaqələr inkişaf edir” - Lavrov

“Ölkələr arasında parlamentlərarası əlaqələr inkişaf edir” - Lavrov

Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında həlledici rolu ölkə rəhbərlərinin və hökumət nümayəndələrinin müntəzəm görüşləri oynayır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı deyib.

S.Lavrov qeyd edib ki, ölkələr arasında parlamentlərarası əlaqələr inkişaf edir və xaric işlər nazirliklərinin qarşılıqlı fəaliyyəti bütün sahələrdə münasibətlərin inkişafını təmin edir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir.

Aktual.az
Xəbər 414 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR