Komitə sədri: Bakının Baş planı Nazirlər Kabinetinə təqdim olunub

Komitə sədri: Bakının Baş planı Nazirlər Kabinetinə təqdim olunub

"Böyük Bakının Regional İnkişaf Planı” (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub”

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyib.

Komitə sədri bildirib ki, hazırda layihəyə ekspertlər baxış keçirir. Baxışdan sonra Nazirlər Kabineti layihəni təsdiqləyəcək.

Layihədə bir çox yeniliklərin olacağını deyən A.Ələsgərov vurğulayıb ki, bu dəyişikliklərə müvafiq nazirliklərin hər biri mövqeyini bildirib: 

"Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq”.

Aktual.az 
Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR