Kipr Dövlət Televiziyasında kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb


Hüquq müdafiəçisi Əhməd Şahidov Şimali Kiprin Dövlət Televiziyası olan BRT-nin "Gündem Artı" proqramında Xocalı Soyqırımı və azərbaycanlı girovlar barədə geniş məlumat veribFevralın 27-də Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Şimali Kiprin Dövlət Televiziyası olan BRT-nin qonağı olub. "Gündem Artı" proqramının aparıcısı Aziz Karazizin suallarını cavablandıran hüquq müdafiəçisi Xocalı Soyqırımının 25 illiyi münasibətilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası barədə danışıb. Daha sonra azərbaycanlı girovlar barədə geniş məlumat verən Əhməd Şahidov 2012-ci ilin İyul ayında erməni silahlı birləşmələri tərəfindən girov götrülən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışıb, onların məhkəmə prosesindən çəkilmiş fotoları nümayiş etdirib və Ermənistan hakimiyyətinin beynəlxalq hüquq və prinsiplərə məhəl qoymadığını qeyd edib.
Xəbər 3053 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR