Kastro və 19 yaşlı rus qızının sevgi macərası: SSRİ-də başladı, Kubada bitdi…- FOTOLAR

Kastro və 19 yaşlı rus qızının sevgi macərası: SSRİ-də başladı, Kubada bitdi…- FOTOLAR

Nikahdankənar oğlu indi atasının kimliyini sübut etməyə çalışır

Əfsanəvi lider, böyük kommunist, cəsarətli rəhbər- onu ən müxtəlif adlarla çağırırdılar. Özü barədə danışmazdı, ancaq bu, o demək deyil ki, onun barəsində dedilən bu sözləri də dinləməyi xoşlamazdı. Tərifi hər kəs sevir, o da sevirdi. Zaman-zaman ölkəsində inqilaba rəhbərlik etdiyi dönəmlərdə və ondan sonrakı quruculuq illərində qarşılaşdığı çətinlikləri xatırladardı, zatən xalq da bunları unutmamışdı. Çünki həmin çətinlikləri onunla bərabər xalq da yaşamışdı. 

Komendantenin nikahsız uşaqları

Fidel Kastro vəfat edəndən sonra da onun barəsində sağlığında olduğu qədər çox yazılır. O da gündəmdən düşməyən, köhnəlməyən qəhrəmanlardandır. Mətbuat belələrini sevir. Ancaq ən çox da daim ictimaiyyətin gözü qarşısında olan bu şəxslərin qapalı olan şəxsi həyatı ilə maraqlanmağı, ordan nəsə axtarıb tapmağı sevir. Kastro da belədir. Ölümündən əvvəl də, sonra da onun gizli eşq macəraları haqqında dəfələrlə yazılıb, hətta subay komandantenin övladlarının olduğu da iddia olunub. Həm də bir ölkədə yox, ayrı-ayrı ölkələrdə. Belə nikahdankənar övladlardan biri də Rusiyada ola bilər. Hər halda qonşu ölkənin mətbuatı belə iddia edir və bəzi dəlillər də göstərir. Qədim əşyalar üzrə kolleksiyaçı Aleksandr Sereqin isə, özü Kastronun oğlu olduğunu iddia edir. 

"Mənim uşaqlığım tipik sovet uşaqlarının həyatından fərqli keçib” deyən Aleksandr həyat hekayəsini "Komsomolskaya pravda”ya danışıb. Cebhe.info həmin materialı təqdim edir.



"Bu ailə mənə lazımdır”

O, 1964-cü ildə doğulub. 7 yaşı olanda valideynləri onu Əlcəzairə aparıb: "Bizim ailənin başçısı, məşhur təyyarəçi Sereqinin qohumu olan Vladimir Sereqini ora işləməyə göndərdilər. O, Moskva Dövlət Universitetinin geologiya fakültəsini qırmızı diplomla bitirmişdi, Landau ilə tanışlığı vardı. Rəsmi məlumatlara görə, geoloq işləyirdi. Ancaq başqa gizli işlər də görürdü. Mən Əlcəzairdə məktəbə getmişəm. Orda anam kiçik qardaşım Meyveyi dünyaya gətirib. Qardaşım xarici görünüşcə məndən çox fərqlidir-sarışın, göygöz. Valideynlərim də tipik slavyan idilər. Ancaq mənim gözlərimin rəngi tünd, saçlarım qara və buruq idi. Əlcəzairdə 3 il yaşadıq. Sonra bizi təcili Kubaya köçürdülər. Əlcəzairə atamla getmişdik, amma Kubaya anam və qardaşımla bərabər getdim. O zaman Kubanın geologiya naziri Qarsiya bizim qonşuluğumuzda yaşayırdı. O dedi ki, bizi gətirməyi Kastro əmr edib. Deyib ki, bu ailə mənə lazımdır. Bizi təcili olaraq 4 saatda topladılar və apardılar”.

Hollivud aktrisasının evi  

Aleksandr iddia edir ki, onlara ayrıca evin verilməsini də məhz Kastronun tapşırığı olub. Ailəyə Havana yaxınlığında, sahildə ev ayrılıb. Villa nə zamansa Hollivud aktrisasına məxsus olubmuş: "Mənim bütün gəncliyim bu gözəl evdə keçib. Mən anlamışdım ki, biz niyə atamla bərabər yaşamırıq. Onu Pinos adasına yerləşdirmişdilər. O, bizdən çox uzaqda idi və çox nadir hallarda gəlirdi. Biz anamla gözəl yaşayırdıq. İspan dilini çox tez öyrəndim, nazir uşaqları ilə ünsiyyət qururdum, Kubanın məmurları ilə danışırdım. Havanadakı səfirlik məktəbində təhsilimi başa vurdum”. 

"Sən Kastronun oğlusan”

Aleksandr bildirib ki, ailəsinin sirrini təsadüfən öyrənib: "Adi günlərindən biri idi. Mən 13 yaşlı uşaq dayanacaqda dayanmışdım, yanımda bir maşın dayandı. Maşının içindən bir nəfər çıxdı, mənə rusca müraciət edərək "Sən bilirsən kimsən? Bilirsən ki, atan kimdir?” dedi. Ona "bilirəm” dedim. Atam Vladimir Sereqindir. O isə mənə dedi ki, atam Fidel Kastrodur və bunu deyib maşına oturub çıxıb getdi. İndi düşünürəm ki, o zaman bunu mənə demək kimə lazım idi? O naməlum şəxs kim idi? Xüsusi xidmət orqanlarının əməkdaşı? Özümə gələndə qət etdim ki, belə şey ola bilməz. Evə gəlib anamı sorğu-suala tutdum. O hıçqırdı və mətbəxə qaçdı. Bu, olduqca ağır idi. Mən özümü çox pis hiss etdim, o zamana qədər anamı heç əsəbləşdirməmişdim. Bir az sonra o, mənə etiraf etdi ki, Kastro SSRİ-yə gələndə onunla münasibəti olub. Anam indi də bundan utanır”. 

19 yaşlı aşpaz köməkçisi ilə Kastronun sevgisi

Aleksandr anasının sevgi hekayəsini də danışıb. 1963-cü ildə 19 yaşlı Valentina "Zavidovo” istirahət evində aşpaz köməkçisi işləyirdi. 1963-cü ilin mayında Fidel Kastro həmin məkana gəldi. Komandante SSRİ-yə səfəri zamanı məhz həmin istirahət evində də oldu. Orda bir neçə gün istirahət etdi: "Anam danışırdı ki, Fidel xalqla çox yaxşı davranır, mehribanlıq göstərirdi. Evlərə tək gedir, adamlarla danışır, ucadan gülürdü. Tanımadığı adamlarla da ünsiyyət qururdu. Hətta, rəqslərə də gedirdi. Rus hamamına da gedirdi. Anam danışırdı ki, Kastro bu istirahət mərkəzində necə yaşayırdı. Belə günlərdən birində Valentina da ona yaxınlaşdı, Kastro tək gəzirdi. Valentina öz kumirinə yaxından baxmaq istəyirdi. Kastronun üzünə gülümsədi. Anam gəncliyində çox gözəl idi, kişilərin diqqətindən yayınmırdı. Kastro ondan kim olduğunu soruşdu. "Valya” deyə anam cavab verdi. 

Ərsiz sovet qadınının hamiləlik utancı

Kastro da özünü "Fidel Aleksandro Kastro” deyə təqdim edib. 
-Yoldaş Kastro, bəs siz qorxmursunuz ki, amerikalılar sizi öldürər?
O isə tərçüməçi vasitəsilə cavab verib:
-Mən burda ancaq bu boz gözlərdən qorxuram, başqa heç nədən. 
Ola bilsin ki, bu onun həmişə işlətdiyi söz olub, nə qədər qıza deyib. Anam bundan təsirlənmişdi.  Anam deyirdi ki, onun baxışlarından təsirlənib. Kastro ondan ətrafı göstərməyi xahiş edib. Yarım saat sonra isə artıq anamı qucaqlayıb. Kastronun qarşısında duruş gətirmək çətin idi. Anam özü etiraf edirdi ki, dərhal başını itirib. Kastro mühafizəçilərdən qaçırdı. Bəlkə də mühafizəçilər vəziyyəti başa düşmüşdülər. Hətta, anam xatırlayır ki, Kastro rus dilində "sevgidən başım gicəllənir” deyirmiş. Anam isə hələ onunla tanışlıqdan əvvəl ona qiyabi vurulmuşdu. İndi isə qarşısında canlı Kastro dayanmışdı. Anam özüylə bacarmırdı. Çox ciddi rejimdə böyüməsinə baxmayaraq özüylə bacarmırdı. Rəhbərlik də məsələyə normal baxırdı - bilirdilər ki, Kastro qadınları, onlar da onu sevir. Anam ərdə deyildi, ancaq mənim atalığım olan Vladimir o zamanlar onun dalınca gəlirdi. Məhz, onun qohumu, məşhur təyyarəçi anamın işə düəzlməsinə vasitəçi olmuşdu. Anam başa düşdü ki, hamilədir. Sovet qadını üçün ərsiz uşaq dünyaya gətimək böyük ayıb idi. O da Vladimirə ərə getməli oldu. Kastro ilə ayrılıq anamı çox kədərləndirmişdi. Anam 1963-cü ilin mayında Kastro ilə münasibətdə olmuşdu, nikahı isə yayda rəsmiləşdirilmişdi. Mən 12 yanvar 1964-cü ildə doğulmuşam. Həmin vaxt Komandante yenidən SSRİ-yə səfər etmişdi, ancaq bu səfərdə anamla görüşüb-görüşmədiyini bilmirəm. Anam bu söhbətlərdən əsəbləşir, keçmişə qayıtmaq istəmir”. //Cebhe.info
 
Aktual.az
Xəbər 2148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR