İrandan neftlə bağlı MÜHÜM AÇIQLAMA

İrandan neftlə bağlı MÜHÜM AÇIQLAMA

OPEC təşkilatında 3-cü ən böyük neft hasilatçısı olan İran gündəlik neft hasilatını hazırda hasil etdiyi 3,8 mln. barel səviyyəsində donduracağını bildirib.

"Report" xəbər verir ki, bu barədə açıqlama İranın neft naziri Bican Namdar Zanqane tərəfindən İRNA agentliyinə verilib.
Nazir deyib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatın azaldılması ilə bağlı iyun ayında müddəti bitən 30 noyabr Vyana anlaşmasının vaxtını daha 6 ay uzadarsa, İran hasilatı dondurmağa hazırdır.
Xatırladaq ki, OPEC-in rəsmi hesabatına görə, İran fevral ayında gündəlik 3,8 mln. barel neft hasil edib. Nazir isə öz növbəsində bir qədər əvvəl mart ayında ölkəsinin neft hasilatını 4 mln. barel/günə çatdıracağını deyib.
 
Aktual.az
Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR