İnsana şəfa verən heyvanlar

İnsana şəfa verən heyvanlar

Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar insanları müalicə etməyə qadirdir

 


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. 

Atlar - dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.

İtlər - ürək-damar sistemini gücləndirir, qısa müddətdə depressiyadan çıxmağa kömək edir. Bu heyvanlar öz sahiblərində xərçəng şişlərini erkən mərhələdə üzə çıxarır. 

Pişiklər - sahiblərini nevroz və depressiyadan müalicə edir.

Arılar - insana çıxıqlar və radikulit zamanı kömək edir. Müalicəni bu həşəratların istehsal etdiyi bal və propolis təmin edir. 

İlanlar - zəhəri çox xeyirlidir. Onu damar və oynaqların müalicəsində istifadə olunan bəzi gellərə və losyonlara əlavə edirlər.
 
Aktual.az
Xəbər 880 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR