Hansı qadınlar uzunömürlü sayılır?

Hansı qadınlar uzunömürlü sayılır?

Norveçli həkim və alimlərdən ibarət tədqiqat qrupu hansı qadınların uzun ömür sürdüyünü araşdırıb

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, norveçli qrup 20 il ərzində qocalıq məsələlərinin öyrənilməsinə vaxt ayırıb. Bu müddət ərzində qadın orqanizminə təsir edən bir çox faktorlar tədqiq edilib.

Məlum olub ki, yumor hissi güclü olan qadınlar lətifələrə gülməyən qadınlara nisbətən daha uzun yaşayır (eyni zamanda xoşbəxt). Zarafat xoşlayan qadınlar ürək və damar xəstəliklərindən nadir hallarda əziyyət çəkirlər. Bu məsələdə nisbət 73% zarafat xoşlayanların xeyrinədir.

İstənilən halda, erkən ölüm riski 48% azalır. Eyni zamanda, infeksion xəstəliklərdən dünyasını dəyişənlər arasında da yumor hissi yüksək olan qadınlar 83% daha azlıq təşkil edir. Deməli gülüş həqiqətən də ömrü uzadır.
 
Aktual.az
Xəbər 2680 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR