Hamamdan açar oğurlayıb avtomobil qaçırdılar

Hamamdan açar oğurlayıb avtomobil qaçırdılar

Martın 19-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki hamamlardan birində dolabdan 150 manat pul, "Mitsubishi" markalı avtomobilin açarları oğurlanıb və avtomobil qaçırılıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Elçin Qəhrəmanov və Azər Həmidov tutulublar.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR