Gürcüstanda azərbaycanlı intihar edib

Gürcüstanda azərbaycanlı intihar edib

Gürcüstanın Saqareco rayonunda intihar olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə azərbaycanlıların kompakt yaşadığı Tüllər kəndində baş verib.

Kəndin sakini, 55 yaşlı Nurəddin Xeyirxəbərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddət əvvəl həyat yoldaşına xəstəlik səbəbindən özünü öldürəcəyini deyib.

N. Xeyirxəbərov dünən təmiz hava almaq adı ilə həyətə çıxıb. Az sonra isə təndir çardağında əvvəlcədən hazırladığı kəndirlə özünü asıb.

Hadisə ilə bağlı hələlik cinayət işi qaldırılmayıb.
 
Aktual.az
Xəbər 584 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR