Gizli kəşfiyyata QIZ AGENTLƏR AXTARILIR: tələb olunan özəlliklər FİKİRLƏŞDİYİNİZ DEYİL - VİDEO

Gizli kəşfiyyata QIZ AGENTLƏR AXTARILIR: tələb olunan özəlliklər FİKİRLƏŞDİYİNİZ DEYİL - VİDEO

İngiltərənin Gizli Kəşfiyyat Xidməti (Secret Intelligence Service) və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6) reklam filmi üçün kişi və qadın agentlər axtarır.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, agentlər qarşısında qoyulan əsas tələb Ceyms Bond (Ceyms Bond, həmçinin Agent 007 Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı - red.) kimi "dəbdəbəli və elit" olmamaqdır.

MI6-nın axtardığı agentlər həmçinin digər tələblərə də cavab verməlidir. Onlar fərqli mədəniyyətlərlə tanış olmalı, fərqli insanlarla məşğul olmağı bacarmalı, başqalarının duyğularını oxuya bilməli, insanlarla əlaqə yaratmaq və onları motivasiya etmək qabiliyyətinə sahib olmalı və daha böyük hədəflər üçün bir komandanın parçası olaraq işləyə bilməlidirlər.

MI6 reklam filmi üçün ilk dəfədir ki, agentlər seçir. Filmin kinoteatrlarda bir ay ərzində nümayiş etdiriləcəyi bildirilir.

Dünən "The Guardian" qəzetinə danışan MI6 rəhbəri Aleks Yanger gizli xidmətin "dəbdəbəli və elit" imicini dəyişdirmək istədiyini söyləyib. Kəşfiyyat şefi qaradərili və asiyalı İngiltərə vətəndaşlarının da təşkilata qatılması üçün xüsusi səy göstəriləcəyini deyib.

 

MI6 yaxın illərdə tərkibinin genişləndirmək niyyətindədir. Ümumilikdə, təşkilatın agentlərinin 3500-ə çatdırılması nəzərdə tutulur.


Xəbər 5402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR