Gənclər təşkilatı Qarabağda aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi keçirdi - FOTO

Gənclər təşkilatı Qarabağda aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi keçirdi -  FOTO

Gənclər təşkilatı Qarabağda aztəminatlı ailələrin uşaqları üçün Novruz şənliyi keçirdi.

 17 mart 2017-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən "İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”ndə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.
   Mərkəzin  Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı  tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək,qeyd etmişdir ki,tarixi qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir.Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi,onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz başdan-başa ruh yüksəkliyi,əmək coşğunluğu,torpağa,insana məhəbbət bayramıdır.
  Tədbirdə ARİH ictimai-siyasi və humanitar şöbənin müdir müavini Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  (ADPU) ,Ağcabədi Pedaqoji Kollecinin müəllim heyəti  çıxış edərək,Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.
Tədbirdə kosa və keçəlin gəlişi,folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Sonra tədbir bayram tonqalı ətrafında davam etmişdir. 




Xəbər 875 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR