Fikrət Yusifov: Pensiya yaşının qaldırılması kimə daha çox lazımdı?

Fikrət Yusifov: Pensiya yaşının qaldırılması kimə daha çox lazımdı?

Cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil.

 

Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirlər. Əslində bugün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır ya onun müəyyən birdövrdə tədricən artırılması nəzərdə tutulur. Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hərkəsin əldəetməsi mümkündür.Bugün böyük əksəriyyət ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müəyyən olunub. Düzdür, bəzi ölkələrdə bu yaş bir qədəraşağıdır, ancaq həmin ölkələrində əksəriyyəti onu artırmağı nəzərdə tuturlar. Azərbaycana gəlidikdə, bu məsələ ilə bağlı şəxsən müşahidэ etdiyim məqamlara söykənərək bəzi fikirlərimi söyləmək istəyirəm. Heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq etdiyini eşitmədim. İllərlədir mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər, onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə ildə qalıb çalışmaları üçün kömək göstərmək xahişi ediblər. Pensiya yaşının artırılmasının əleyhinə çıxış edənlərə tövsiyyəm budur ki, bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında birsorğu keçirib, onlara belə bir sual versinlər – "Siz 63 yaşında pensiyaya çıxmaq istəyirsinizmi?”.

 

İnandırıram ki, 100 haldan 98-də insanlar işdə qalıb çalışmaq istəyəcəklərini deyəcəklər. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?


Fikrət Yusifov,
İqtisad elmləri doktoru, professor

 

 

Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR