Fikrət Qoca oğlunun öldürülməsindən xəbərsizdir: “Bizə belə məlumat verilməyib”

Fikrət Qoca oğlunun öldürülməsindən xəbərsizdir: “Bizə belə məlumat verilməyib”

Xalq şairi Fikrət Qoca oğlu Yalçın Qocayevin öldürülməsindən xəbərsizdir.

Bu barədə AzNews.az-a açıqlamasında şairin özü deyib. Fikrət Qoca mərhumun öldürülməsi ilə bağlı ona hər hansı məlumatın verilmədiyini deyib:

"Bizə belə məlumat verilməyib. Kim deyir? Hansı nazirlikdir? Mən bildiyim odur ki, demişdilər yıxılıb. Oğlumun öldürülməsindən xəbərim olmayıb.”

Fikrət Qoca qeyd edib ki, oğlunun ölümü ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır: "Onu dəfn elədik. Başqa şey düşünmürəm. Qalan məsələ dövlətin işidir.”
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev evdən çıxanda pilləkəndən yıxılıb və oradaca dünyasını dəyişib. Amma sonra Bakıda meyiti tapılan Yalçın Qocayevin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.
 
Aktual.az
Xəbər 711 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR